FHN-in Dövlət Agentliyinin Elmi-Tədqiqat İnstitutunda mediatur keçirilib

# 16:05
6 iyul 2022

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin (SİTGDMDA) Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən sənaye obyektlərində nəzarət fəaliyyətinin səmərəliliyinin artırılması, təhlükə törədə biləcək halların qabaqcadan proqnozlaşdırılması, profilaktik tədbirlərin görülməsi və təhlükə potensiallı obyektlərdə, eləcə də sənayenin digər sahələrində çalışan işçilərin bilik səviyyələrinin artırılması istiqamətlərində məqsədyönlü, ardıcıl işlərin həyata keçirilməsi davam etdirilir.

 

APA TV xəbər verir ki, bu istiqamətdə görülən işlərlə tanış olmaq, həmçinin yeni texnologiyaların iş fəaliyyətinin əyani nümayişi üçün elmi-tədqiqat institutuna və institutun xidmətedici istehsalat sahəsinə media nümayəndələri ilə birgə baxış keçirilib.

 

Mediatur zamanı yüksək keyfiyyətli təmirdən sonra ən müasir avadanlıqlarla təchiz olunmuş təlim-tədris otaqlarının yerləşdiyi inzibati binada xalqımızın ulu öndəri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto-stend təşkil olunub. Tədris otaqlarının müasir tələblərə cavab verən kompüter, lövhə, proyektor və ekranla, eləcə də daxili şəbəkə və internet xətləri ilə təchizi barədə məlumat verilib.

 

Eyni zamanda 90 nəfərdən artıq iştirakçı üçün hər cür şəraitin yaradıldığı bu otaqda on beş nəfər rahatlıqla imtahan verə bilər. Bura hər növ texniki avadanlıqla təmin olunub və kompüterlər iştirakçılar üçün nəzərdə tutulub. Buranı həm tədris-metodika otağı da saymaq olar, imtahan otağı da. Eyni zamanda binada laboratoriya da mövcuddur ki, onu da birazdan sizə göstərəcəyəm.

 

Mediatur zamanı Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Vüqar Xəlilov və laboratoriya müdiri Etibar Yusifli mətbuat nümayəndələrinə institutun fəaliyyəti barədə məlumat verib, İnstitutun fəaliyyətində əsas məqsədin dağ-mədən sənayesində təhlükəsizliyin təmin olunması və təhlükəsizliyə dair məlumatları toplayaraq onları analiz etməkdən ibarət olduğunu bildirib.

 

Elmi-Tədqiqat İnstitutunun laboratoriya müdiri  Etibar Yusifli son zamanlar əldə edilən nailiyyətlərdən söz açıb: “İnstitut “ISO 9001 Keyfiyyət idarəetmə sistemi”, “İSO 14001 Ətraf mühitin mühafizəsi idarəetmə sistemi” və “İSO 45001 Sağlamlığın mühafizəsi”, “Əməyin təhlükəsizliyi idarəetmə sistemi” beynəlxalq sertifikatlarına layiq görülüb, eləcə də “AZS İSO 17020:2021 Uyğunluğun qiymətləndirilməsi. İnspeksiya həyata keçirən müxtəlif növ orqanların fəaliyyətinə dair tələblər” standartı üzrə akkreditasiyadan keçirilib”.

 

Çəkiliş əsnasında sudabatma halları zamanı ilkin tibbi yardım ürəyin qapalı masajının aparılması ardıcıllığı haqqında təlimlərin də şahidi olduq.

 

Mediaturun sonunda agentlik və institutun fəaliyyətinə dair film nümayiş olunub. Sonda jurnalistlərin sualları cavablandırılıb.

 

Mir Çingiz Ağazadə,

Ceyhun Mustafayev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR