FHN qazi və şəhid ailəsi üzvləri üçün psixoloji yardımı davam etdirəcək
Vətən Müharibəsindən sonra psixoloji problemlər yaşayan qazilərimizin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə Türkiyədən gəlmiş 20-dən artıq peşəkar psixoterapevt və FHN-in psixoloqlarının birgə iştirakı ilə ödənişsiz olaraq növbəti psixoloji yardım işi həyata keçirilib. Türkiyəli mütəxəssislər FHN-in psixoloqları ilə birlikdə Bakı, Gəncə, Bərdə, Qəbələ və Lənkəran şəhərlərində psixoloji yardıma ehtiyacı olan insanların effektiv reabilitasiyasını həyata keçiriblər.
Son iki il ərzində Bakıda, Gəncədə, Lənkəranda, Qəbələdə və Sumqayıtda ümumilikdə 2200-dən çox qazinin psixoloji müalicəsi həyata keçirilib.
Qeyd edək ki, Vətən Müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan vətəndaşlarımız Bakı, Gəncə, Sumqayıt, Qəbələ, Bərdə və Lənkəran şəhərlərində ödənişsiz həyata keçirilən psixoterapevtik yardım üçün nazirliyin 112 qaynar telefon xətti vasitəsilə qeydiyyata düşə bilərlər.
AYTƏN SAKİTQIZI
CEYHUN MUSTAFAYEV
APA TV
DİGƏR XƏBƏRLƏR

Tək yaşayan yeniyetmə hazırlıq müəllimi axtardı, ona kimlər dəstək oldu? – APA TV

Hələ məktəbdə oxuyur, “Ağıllı aptek” düzəldib

Gözəllik salonunda “patı” və saxta dollarlar tapıldı
