FHN Türkiyəyə yerüstü nəqliyyatla da yardım apardı – APA TV

# 06:16
8 fevral 2023

Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin növbəti yardımları və xilasetmə qrupu qardaş ölkəyə yola salınıb. Quru yolla Türkiyəyə göndərilən yardım karvanının əsas yükü həyat üçün xüsusi əhəmiyyətli əşya və ləvazimatlardan ibarətdir. Humanitar karvan dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlla yüklüdür.

Nurlan Əli

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR