Gələn il azad edilmiş ərazilərin bərpasına ayrılacaq vəsait açıqlanıb

# 12:30
25 oktyabr 2022

Gələn il işğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdış planının təmin etdirilməsi üçün ötən ildən 12,4% çox vəsait ayrılacaq.

 

APA TV xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

 

Sənəddə bildirilib ki, işğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir. Bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur.

 

2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3,0 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR