Gəncə sakinindən silah götürüldü
Gəncə sakinindən silah aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, Elnur İsgəndərov şəhər ərazisində saxlanılaraq polis idarəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “Makarov” markalı tapança, həmin silaha aid 6 ədəd atəşə yararlı 9 mm-lik patron və 1 ədəd sandıqca aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR

Prezident: Biz, həqiqətən, tarixi anlar, günlər, illər yaşayırıq – APA TV

Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışı oldu – APA TV

Azərbaycanda körpülər niyə selə dözmür?
