Gəncədə maska taxmayanlar cərimə edildi

# 06:26
26 avqust 2021

Gəncədə sanitar-karantin qaydalarını pozan 125 şəxs məsuliyyətə cəlb edilib.Koronavirus (“COVID-19”) infeksiyasının geniş yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydaları çərçivəsində Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində nəzarət –profilaktik tədbirləri davam etdirir.

APA TV xəbər verir ki, polis əməkdaşları inzibati ərazilərindəki market və digər ticarət obyektlərində eləcədə əhalinin sıx olduğu digər yerlərdə nəzarət-profilaktiki təbirlər keçirib. Tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən və əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.

Araşdırmalar zamanı sanitar-karantin qaydalarını pozan 95 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək məsuliyyətə cəlb ediliblər.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR