Gəncədə minik maşını yol kənarındakı dəmir arakəsməyə çırpılıb,sürücü xəsarət alıb

# 22:05
23 may 2022

Gəncədə xəsarətlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.APA-TV nin yerli bürosunun məlumatına görə  hadisə şəhərin Şərq çıxışında  "Nizami Məqbəsi"nin yaxınlığında qeydə alınıb.Hərəkətdə olan "BMW"  markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.Nəticədə avtomobil yoldan çəxarqq  bir neçə metr yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Qəza zamanı sürücü  2006-cı il təvəllüdlü E.Rzayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib,vəziyyətinin kafi olduğu bildirilir.İlkin ehtimallara görə qəzaya səbəb yağışlı hava şəraiti olub.Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu APA TV GƏNCƏ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR