Gəncədə narkotik satanlar tutuldu
Gəncədə qanunsuz narkotik satmaqda və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş şəhər sakini Anar Məmmədov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən külli miqdarda “heroin” aşkar edilib.
Keçirilən digər əməliyyat nəticəsində daha bir keçmiş məhkum İlham Hümbətov və Eşqin Əliyev saxlanılıb. Onların üzərindən də “heroin” tapılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV
DİGƏR XƏBƏRLƏR

Konsul: "Türkiyəyə ilk dəstək verən ölkə Azərbaycan oldu"

Erməni hərbçilərin cənazələrini ailələri qəbul etmədi

Türkiyəyə yardım etmək istəyənlər bu ünvana üz tutsunlar
