Gəncədə qanunsuz tikintinin qarşısı alınıb
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.
FHN-dən APA TV-yə verilən məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən Gəncə şəhəri, Ş.İ.Xətai prospektində vətəndaş Kamil Kərimov tərəfindən müvafiq icazəverici sənədlər olmadan avtoservis məntəqəsinin tikintisinin aparılması faktı aşkar edilib.
Göstərilən məsələ ilə əlaqədar Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.
DİGƏR XƏBƏRLƏR

Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək planına təsir etmək mümkündürmü?

Bayram günlərində 121 nəfər zəhərləndi, iki nəfər öldü

İsrailin ən böyük aeroportundan uçuşlar dayandırıldı
