Gəncədə uşaq 3-cü mərtəbədən necə yıxılıb?

# 19:01
28 sentyabr 2022

Gəncədə azyaşlı uşaq 3-cü mərtəbədən yıxılıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Dədə Qorqud küçəsində yerləşən beşmərtəbəli binaların birində baş verib. 2021-ci il təvəllüdlü Anar Rzayevi anası pəncərəyə yaxın yerdə yatızdırıb. Körpənin yatdığından əmin olan ana böyük övladını hamamda yuyundurarkən yaş yarımlıq körpə oyanaraq pəncərədən yıxılıb. Qonşuların sözlərinə görə, körpənin səhhətində problemlər olduğundan ana onu təmiz hava alması üçün həmişə pəncərəyə yaxın yerdə yatırdırmış. Müxtəlif xəsarətlər alan azyaşlı əvvəlcə özəl xəstəxanaya yerləşdirilib. Ona bazu sümüyünün sınığı diaqnozu qoyulub. Daha sonra körpə Bakıda olan xəstəxanalardan birinə aparılıb. Qeyd edək ki, ailə həmin mənzildə kirayədə qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR