Gənclər ermənilərin viran qoyduğu Ağdamda

# 00:18
15 avqust 2021

Gənclər Fondu və Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən bir sıra aparıcı gənclər təşkilatlarının nümayəndə heyəti Ağdama səfər edib.

 

APA TV-nin xəbərinə görə, səfər iştirakçıları ilk olaraq Ağdam rayonunda Pənahəli xanın imarəti, İmarət stadionda olublar. Nümayəndə heyətini qarşılayan Prezidentin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynov buranın erməni işğalında olduğu müddətdə tamamilə dağıdıldığı barədə məlumat verib.

 

Daha sonra nümayəndə heyəti Ağdam Cümə məscidində olublar. Ölkənin aparıcı gənclərini təmsil edən beynəlxalq idmançı Rəsul Çunayev qısa müddətdə ermənilərin talan etdiyi yaşayış məntəqələrinin yenidən qurulacağına inandığını deyib.

 

Nümayəndə heyəti daha sonra Ağdam Darm Teatrının qalıqları ilə də tanış olub, Qiyaslı məscidində və Şahbulaq qalasında olublar.  

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR