Goranboy sakini “əri” ilə əlbir olub 11 yaşlı övladını öldürdü
Goranboyda yeniyetməni öldürüb qamışlığa atıblar.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, 11 yaşlı Fərid Təhməzovun cansız bədəni Goran qəsəbəsində qamışlıq ərazidən aşkarlanıb.
Öldürülən yeniyetmənin anası hadisədən bir neçə gün öncə Polis Şöbəsinə gedərək övladının itkin düşüdüyünü bildirib.
İlkin araşdırma zamanı məlum olub ki, yeniyetməni anası Gülayət Təhməzova onunla qeyri-rəsmi nigahda yaşayan Anar Məmmədovla birgə döyərək öldürüb.
Daha sonra törədikləri əməli ört-basdır etmək məqsədilə Fərid Təhməzovun meytini qamışlığa atıblar.
Hadisəni törətməkdə şübhəli bilinən hər iki şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR

Ermənilər Qarabağı Qafqazın “barıt cəlləyi”nə çeviriblər – APA TV

İtkin düşənlərin qaranlıq taleyi – Ermənistan hələ də susur – APA TV

Ermənilər Azərbaycan vətəndaşlığı üçün müraciət etdi – APA TV
