Goranboyda avtomobil kanala aşıb, xəsarət alanlar var

# 17:49
6 may 2021

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan “VAZ-21099” markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına düşüb. Qəza zamanı sürücü və onun sərnişini yüngül xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR