Güclü külək Bərdəni bir-birinə vurdu

# 14:46
30 mart 2023

Bərdə rayonunda güclü külək dağıntılara səbəb olub.

Rayonun bir neçə kəndində fərdi yaşayış evlərinə ciddi ziyan dəyib, habelə, şəhərin bir neçə küçə və prospektində yerləşən hündür mərtəbəli yaşayış binalarının dam örtüyünün bir hissəsini dağıdıb.

Bir neçə saat davam edən güclü külək elektrik təsərrüfatına da ziyan vurub. Elektrik dirəkləri aşıb, xətlər qırılıb.

Bundan başqa, şəhərin bir neçə küçəsində irigövdəli ağaclar qırılıb.

Qırılmış ağaclar kəsilərək ərizələrdən götürülüb, elektrik xətləri isə bərpa edilir. Bərdə Rayon İcra Hakimiyyətinin Fövqaladə hallar komissiyasından bildirilib ki, dağıntılarla bağlı araşdırma aparılır, fəsadlar aradan qaldırılır. Qeydiyyat işləri başa çatdıqdan sonra təmir və bərpa işlərinə başlanılacaq.

 

 

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR