“Gülləni bədənindən evdə çıxardılar" - Fazil Mustafanın xanımı
Ötən gün yaşadığı evin qarşısında terrora məruz qalaz Milli Məclisin deputatı Fazil Mustafanın son durumu açıqlanıb.
Bu barədə Lent.az-a danışan deputatın həyat yoldaşı Zülfiyyə xanım bildirib ki, həkimlər sağlıq durumu ilə əlaqədar hələlik onun ayılmasını istəmirlər:
“Qanaxması olduğu üçün Fazil Mustafa bu gün yenidən əməliyyat olundu. Hazırda durumu ilə bağlı dəqiq heç nə bilmirik. Amma həkimlər hələlik ayılmamasını məsləhət bilirlər”.
Yoldaşı Fazil Mustafanın bədənindəki güllənin həkimlər tərəfindən evdə çıxarıldığını deyib:
“İkinci əməliyyat qanaxması olduğu üçün həyata keçirildi. Güllə isə hadisədən dərhal sonra elə evdə həkimlərin müdaxiləsi nəticəsində bədənindən çıxarılmışdı”.
DİGƏR XƏBƏRLƏR

Üfüqlərə qapılar müstəqillikdən açılır - APA TV

Moskvada 28 May-Azərbaycanın Müstəqillik Günü münasibəti ilə təntənəli qəbul keçirilib

İrəvan Zəngəzura diversant göndərməklə nə demək istəyir?
