Gürcüstanın müsəlman din xadimləri Gəncəyə səfər edib

# 19:06
23 may 2022

Ölkəmizdə səfərdə olan Gürcüstanın müsəlman din xadimləri Şuşadan sonra bu gün Gəncə şəhərində səfərdə olub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, səfər çərçivəsində gürcüstanlı din xadimləri 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən ballistik raketlə hədəf alınan yaşayış massivinə baş çəkiblər. Qonaqlar öldürülən günahsız insanların fotolarına baxıb, faciə ilə bağlı ətraflı məlumat verilib.

Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə təşkil olunan səfər çərçivəsində 40 nəfərə yaxın nümayəndə heyəti Şuşa, Fizuli və digər işğaldan azad olunan ərazilərimizə də baş çəkiblər.

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Gəncə

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR