Halı pisləşən sürücü qəza törətdi

# 01:16
23 may 2022

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki avtomobil  toqquşub.

APA TV xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.

Belə ki, “Volkswagen” markalı avtomobili idarə edən sürücü yüksək qan təzyiqindən əziyyət çəkdiyi üçün sükana nəzarəti itirib. Nəticədə avtomobil idarədən çıxaraq eyni istiqamətdə hərəkətdə olan xanım sürücünün idarə etdiyi “Changan” markalı maşına çırpılıb. Qəza nəticəsində “Changan”-da olan iki xanım və “Volkswagen”-nin sürücüsü xəsarət alıb. Yol-nəqliyyatı hadisəsi zamanı prospektdə sıxlıq yaranıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR