Hamama girdi, dünyasını dəyişdi
Dəm qazı yenə can aldı.
Yardımlı rayonunuda dəm qazından boğulma faktı qeydə alınıb.
37 yaşlı Xəyalə Həsənova hamamda çimərkən dəm qazından boğulub. Onun meyiti yaxınları tərəfindən aşkar edilib. İlkin tibbi yardım göstərilsə də, onu həyata qaytarmaq mümkün olmayıb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.