Hansı ərazilərə mütləq metro xətti çəkilməlidir?

# 12:20
7 dekabr 2022

Çoxumuz mənzil başına daha rahat, sürətli çatmaq üçün metrodan istifadə edirik.  Amma şəhərin daha çox insan axını olan, tələbatın çox olduğu bəzi yerlərdə metro stansiyası yoxdur. Məsələn, uzun müddətdir ki, Hava limanına, Sumqayıt şəhərinə, Binəqədiyə metro xəttinin çəkiləcəyi ilə bağlı xəbərlər eşidirik. Həmin ərazilərdə yaşayan vətəndaşlar da metronun açılmasını səbirsizliklə gözləyirlər.

 

Bəs yaxın gələcəkdə hansı ərazilərə metro çəkiləcək? Sualımıza cavab tapmaq üçün “Bakı Metropoliteni”nə üz tutduq.

 

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyir ki, Bakının Hava Limanı o qədər də böyük infrastruktura malik deyil, hətta yerüstü ictimai  nəqliyyat da onun tələbatını ödəyə bilir: “Amma həmin ərazidə yaşayış , infrastuktur  və digər məsələləri nəzərə alsaq bu artıq Bakının inkişafına aid olan məsələlərdir. Bu barədə artıq gələcəkdə qərarlar verilə bilər. Binəqədi isə Bakı Metropoliteninin  konseptual inkişaf sxemində nəzərdə tutulub. Sarı xəttin bir istiqamətdən başlanğıcı məhz Binəqədidən başlayacaq . Zərurət yaranarsa gələcəkdə depo ərazisində bir yerüstü stansiyanın da inşa olunması da nəzərdə tutulur.

 

- Gələcək deyərkən, təxminən neçə ilə

 

- Gələcək haqqında bu gün danışmaq çox tezdir.

 

Bu gün konkret olaraq Metropolitenin konseptial inkişaf sxemində də nəzərdə tutulmuş istiqamətlərdə də nə Sumqayıt nə də Xırdalan var”.

 

Bəxtiyar Məmmədovun sözlərinə görə, bu ilin sonuna qədər Xocahəsən elektrik deposu və onun yanında yerüstü stansiya tam hazır olacaq: “Bu gün xətlərin ayrılmasının tərkib hissəsi kimi ilk növbədə həmin istiqamət üzrə 2 stansiyanın inşası aktualdır. Həmin ərazilər 20 nömrəli məktəbin yanında yəni FHN –nin binasının önündə  keçmiş Əzizbəyov heykəli olan parkın yanında ,ikincisi Nəbatat bağı tərəfdə olan yanacaqdoldurma məntəqəsi də var, həmin ərazidə, növbəti stansiyalar Badamdara doğru davam edəcək. Əks  istiqamətdə  isə Həzi Aslanov  stansiyasından sonrakı iki stansiya inşa olunmalıdır. Onun biri təxminən Gəncə prospektinə digəri isə Naxçıvanski adına hərbi liseyin yaxınlığında olacaq. Bu ilin sonuna qədər artıq Xocasən elektrik deposu və onun yanında bir yerüstü stansiya tam hazır olacaq”.

 

Belə aydın oldu ki, Binəqədi, Xırdalan, Masazır və Sumqayıta metronun çəkilməsi hələlik suya yazı yazmaq kimi mümkünsüzdür. Nəqliyyat eksperti Ərşad Hüseynov isə deyir ki, Şimal-qərb istiqamətində metro xətlərinin çəkilməsi daha məqsədəuyğundur: “Xırdalan istiqamətində, Şimal-qərb istiqamətində metronun genişləndirilməsinə daha çox  ehtiyac var. Daha sonra Binəqədi, Mediabad istiqamətində, Bakıxanov, Sabunçu, Mərdəkana qədər metronun uzadılmasına ehtiyac var. Əhmədli zonasında Zığ, Hövsan ,Qaraçuxur istiqamətlərində metro yaradılmalıdır. Sumqayıtda da metropoliten açılıb adı dəyişilsə,Abşeron metrosu qoyulsa daha məqsədəuyğun olar”.

 

Ancaq görünən budur ki, sözügedən ərazilərdə yaşayan insanlar hələ qatarın dalınca çox baxmalı olacaqlar. Çünki “Bakı Metropoliteni”ndə bu ərazilərə xətlərin çəkilməsi ilə bağlı nə bir fikir, nə də plan var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR