Haylar yenə ikiyə bölündü: DAŞNAKLARLA DEMOKRATLAR ÜZ-ÜZƏ

# 20:00
9 aprel 2022

Ermənilər yenə bir-birinə dəyib. Belə ki, aprelin 5-də revanişt müxaliflərin İrəvanda “Fransa” meydanında keçirdikləri mitinqdə Qondarma Dağlıq Qarabağın “tetris” parçasını asıblar.

APA TV-nin xəbərinə görə, Qarabağın Ermənistanın tərkib hissə olduğunu iddia edən müxaliflərin şüarları isə “Bir dövlət – bir bayraq” olub. Mitinqdən sonra meydanın tən ortasında bərkidilən qondarma bayraq sonradan bəzi siyasi fəallar tərəfindən erməni bayrağına rənglənərək videoya çəkilib və sosial şəbəkələrdə paylaşılıb.

Sputnik Armeniya xəbər verir ki, bunu “Milli Demokratik cəbhə” hərəkatının fəalları edib. Sosial platformalarda qızışan müzakirələrdən sonra hakimiyyəti təhqir və tənqid edən revanşistlər iddia ediblər ki, bayrağın rənglənməsi Ermənistan polisinin tələbindən sonra baş verib. Bu gün isə “Daşnaksütyun” partiyasının fəalları həmin rənglənmiş bayrağı yenidən qondarma Dağlıq Qarabağın qondarma bayrağı ilə dəyişiblər. Elə onlar da bu dəyişiklikliyi videoya çəkərək sosial şəbəkələrdə paylaşıblar. Fəallar mediaya açıqlamalarında bu parçanı özlərinin mübarizə bayrağı olduqlarını bildiriblər. Maraqlıdır 44 günlük müharibədə cəbhədən qaçan bu şəxslər hansı mübarizədən danışır?

Ama onların bu dırnaqarası mübarizliyi yenə də uzunömürlü olmayıb. Çünki bu gün “Milli Demokratik cəbhə” hərəkatının fəalları yenidən qondarma bayrağı rəngləməyə yığışıblar. Bundan xəbər tutan daşnaklar da əraziyə gəliblər və qruplar arasında qarşıdurma yaranıb. Polisin mediaya açıqlamasına görə, qarşıdurmanın dərhal qarşısı alınıb.

Baş prokurorun müşaviri Qor Abramyan isə bildirib ki, prokurorluq vəziyyətlə bağlı hüquqi qərar vermək üçün lazımi prosedurlara başlayıb.

Görünür, 3 gün öncə başlayan bayraq davası hələ bir neçə gün də davam edəcək.  

 

FUAD SADIQOV, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR