Hərbçilərimizdən humanist ADDIM: Erməni əsgəri belə XİLAS EDİLDİ
Hərbçilərimizin daha bir nümunəvi hərəkəti diqqəti özünə cəlb edib.
APA TV Lent.az-a istinadən xəbər verir ki, hərbçilərimiz əsir düşən yaralı erməni əsgərə ilkin tibbi yardım göstərərək, onu ölümdən xilas ediblər. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb və iddia edilir ki, bu sentyabrın 12-dən 13-nə keçən gecə yaralanan erməni hərbçilərdən biridir.
Qeyd edək ki, gecə saatlarından Ermənistan Silahlı Qüvvələri dövlət sərhədimiz boyunca təxribatlara əl atıb.