“Hərbi dənizçilər Zəfər yolunda” adlı vətənpərvərlik tədbiri keçirilib

# 07:15
6 noyabr 2021

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis olunan və bu il ilk dəfə ölkəmizdə təntənəli şəkildə, ümumxalq bayramı kimi qeyd ediləcək “Zəfər Günü” ərəfəsində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin klubunda “Hərbi dənizçilər Zəfər yolunda” adlı vətənpərvərlik tədbiri keçirilib.


APA TV Müdafiə nazirliyinin saytına istinadən xəbər verir ki, əvvəlcə respublikamızın ərazi bütövlüyünün bərpa olunması və tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükut elan edilib, Dövlət himni ifa olunub.


“Qələbə marş”ının sədaları altında səhnəyə çıxan layihə müəllifi və tədbirin aparıcısı polkovnik Abdulla Qurbani tədbir iştirakçılarını, Milli Məclisin deputatlarını, şəhid ailələrinin üzvlərini, müharibə iştirakçısı olan hərbi dənizçiləri Zəfər Günü münasibətilə təbrik etdikdən sonra Vətən müharibəsində şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan xüsusi təyinatlı şəhid hərbi dənizçilərin adlarını bir-bir çəkib:

-     Kapitan-leytenant Fərrux Mirzəmməd oğlu Həşimov;

-     Baş leytenant Elnur Elsevər oğlu Zeynalov;

-     Baş miçman Mərdan Əhməd oğlu Mehdizadə;

-     Miçman Vüsal Qüdrət oğlu Məmmədov;

-     Miçman Fuad Taleh oğlu Nəcəfov;

-     Miçman Elvin Ramiz oğlu Səfərov;

-     Miçman Ruslan Rəcəb oğlu Rəcəbov;

-     Gizir Zaur Mübariz oğlu Ələsgərli;

-     Kiçik miçman Fəqan Amil oğlu Zalov;

-     Aprel döyüşlərinin şəhidi miçman Rusif Ağayev.

Hər bir şəhidin adı çəkildikcə səhnədə məğrur-məğrur dayanan dəniz xüsusi təyinatlılarının mübariz döyüşçüləri “Mən” deyə cavab verib və tədbir iştirakçıları onları ayaqüstə alqışlayıblar.


Qeyd olunub ki, şəhidlər xalqımızın qızıl fondudur, onlar əbədiyyət yolçusudurlar. Şəhidlərimizin adları tarixdən heç vaxt silinməyəcək, qəhrəmanlıqları unudulmayacaq və onlardan hər biri gənc nəslin vətənpərvərlik tərbiyəsində örnək, nümunə olaraq, yolumuza nur çiləyəcəklər.


Şəhidlər dünən Zəfərə aparan yollarda bizimlə bir yerdə olduqları kimi bu gün də bizimlə bir sırada, gələcəkdə də bizimlə bir yerdə olacaqlar. Qədirbilən xalqımız və dövlətimiz onların xatirəsini həmişə əziz tutacaq.  

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR