“Heydər Əliyev İli” çərçivəsində QHT nümayəndələri Naxçıvana səfər edib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar, "Heydər Əliyev İli” çərçivəsində ölkənin aparıcı vətəndaş cəmiyyəti təşkilatlarının 250 nəfər nümayəndəsinin bu gün Naxçıvan Muxtar Respublikasına səfəri təşkil edilib.
həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları, media qurumları, ağsaqqallar və veteranlar təşkilatlarını təmsil edən nümayəndə heyəti əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Daha sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq başlayıb.
Daha sonra Heydər Əliyev Sarayında “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans işə başlayıb.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, çoxəsrlik tariximizin ən böyük nailiyyətləri məhz Heydər Əliyev siyasəti ilə bağlıdır. Ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev vətəndaş cəmiyyətinin təşəkkülündə və ölkənin əsas hərəkətverici qüvvələrindən birinə çevrilməsində Ümummilli lider Heydər Əliyevin çox böyük əməyinin olduğunu vurğulayıb.
Konfrans bitdikdən sonra qonaqlar Naxçıvan şəhəri ilə tanış olublar.