“Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planı təsdiq edilib - SƏRƏNCAM

# 14:48
28 noyabr 2022

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.

 

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

 

Sərəncama əsasən, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Bundan başqa, Tədbirlər Planı”nda “Heydər Əliyev təqaüdü”nün təsis edilməsi də əksini tapıb. Prezident Administrasiyası, Elm və Təhsil Nazirliyi və Maliyyə Nazirliyi 2023-cü il may–iyun aylarında ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis edilməsini təmin etməlidir.

 

Həmçinin Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq.

 

Bu sahədə icraçı orqanlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Mərkəzi Bankı (tövsiyə olunur) müəyyənləşib. Qızıl sikkələr 2023-cü il fevral–may aylarında hazırlanmalıdır.

 

Tədbirlər planına əsasən Azərbaycan Respublikasının “Heydər Əliyev – 100” yubiley medalı da təsis ediləcək. Medal 2023-cü ilin yanvar–may aylarında təsis olunacaq. Bu sahədə icraçı qurumlar Prezident Administrasiyası və Milli Məclisdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR