Həyətə “tok” düşdü, bütün inəklər öldü
Sabirabad rayonunda bədbəxt hadisə baş verib.
APA TV-nin verdiyi məlumata görə, rayonun Əhmədabad kənd sakini 1973-cü il təvəllüdlü Cəmşid Əsədova məxsus 4 baş iribuynuzlu heyvanı elektrik cərəyanı vuraraq öldürüb. Cəmşid Əsədovun bildirdiyinə görə, hadisəyə səbəb küləkli hava şəraitində elektrik dirəklərinin aşması olub. Onun sözlərinə görə, təsərrüfatını sığortalamayıb.
O bildirir ki, aidiyyəti qurumlara müraciət etsə də məsələ ilə maraqlanan olmayıb.
Cəmşid Əsədovun sözlərinə görə, 15 il ərzində kənddə 3 nəfər elektrik cərəyanı vurması səbəbindən ölüb.