Hikmət Hacıyev Blinkenin köməkçisi ilə bölgədə baş verənləri müzakirə edib

# 07:15
27 sentyabr 2022

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisi Karen Donfridlə görüşüb. APA xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb. Hikmət Hacıyev və Karen Donfrid arasında keçirilmiş görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin hazırkı vəziyyəti, sülh müqaviləsi, sərhədlərin delimitasiyası və nəqliyyat məsələlərini müzakirə ediblər. Tərəflər Azərbaycan - ABŞ ikitərəfli strateji əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR