Hindistanlının izi tapılıb? - Polisdən AÇIQLAMA

# 17:16
29 iyun 2022

Zaqatala dağlarında itən hindistanlı turist 29 yaşlı Manikanth Kondaveetinin axtarışları davam edir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov Lent.az-a bildirib ki, axtarışlar zamanı hələlik heç bir izə rast gəlinməyib: "Axtarışlar Qəbizdərə, Honzoqor yaylağında və ətraf dağlarda davam etdirilir. Hələlik turistə aid heç bir izə rast gəlinməyib".

 

Qeyd edək ki, hindistanlı turist 29 yaşlı Manikanth Kondaveeti mayın 12-də Zaqatalada oteldən çıxaraq, naməlum istiqamətdə gedib. Bundan sonra onunla əlaqə saxlamaq olmayıb. Yalnız mayın 13-də onun mobil telefonun "GPS" vasitəsilə harada olduğu izlənilib. Sonra isə bu axtarış vasitəsi də əlçatmaz olub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR