İƏT Baş katibinin müavini: “Bərpa işlərində də Azərbaycanın yanında olacağıq”

# 15:57
6 aprel 2021

“İndiyə kimi gördüyümüz mənzərə çox ürəkağrıdıcıdır. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bizimlə eyni bəşəriyyəti bölüşən insan məxluqları belə vəhşiliklər törədiblər”.

 

APA TV-nin xəbərinə görə, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavesa Senqendo Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, bu məsələdə İƏT-in mövqeyi əvvəldən bəllidir: “İƏT hər zaman Azərbaycanın torpaqlarını azad etmək hüququnu tanıyır və bunu ədalətli mövqe kimi qəbul edir. Öz qətnamələrində də bunu Azərbaycanın haqqı olaraq tanıyıb. İƏT-ə üzv olan ölkələr Azərbaycana hər zaman siyasi dəstək göstərib. İndi biz bu ərazilərin azad olduğunu görürük. Amma mən Allaha dua edirəm ki, burada həyatını itirmiş şəxslərə özünün cənnətini nəsib etsin. Eyni zamanda da İƏT-ə üzv olan dövlətləri də bu ərazilərin yenidən qurulmasına və bərpa işlərinə qatılmağa çağırıram. Ümidvaram ki, onlar dəstəyə davam edəcək. Allah bundan sonra da Azərbaycana sülh nəsib etsin”.

 

Baş katibin müavini əlavə edib ki, ərazidə kifayət qədər görüləsi işlər var: “Bu işlərdə hər zaman İƏT Azərbaycanın yanında olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR