“İmarət”dən gələn səs: Natəvanın ruhu şaddır

# 18:58
1 oktyabr 2021

Bu gün oktyabr ayının 1-i, şairə və xeyriyyəçi Mehdiqulu xan qızı Xurşidbanu Natəvanın ölüm günüdür. 1832-ci il avqustun 15 - də Şuşa şəhərində dünyaya gələn Natəvan 1897-ci ildə elə Şuşa şəhərində dünyasını dəyişib. Onun  Dəfn mərasimində iştirak edən camaat, hörmət əlaməti olaraq, şairənin cənazəsini Şuşadan Ağdama qədər piyada aparıb.  Xan qızı Ağdamda “İmarət” deyilən ailə qəbiristanlığında dəfn olunub.

Xurşidbanu Natəvanın doğulduğu və dəfn olunduğu şəhərlər 30 ilə yaxın bir müddət erməni işğalında olub.  Ötən müddət ərzində onun narahat ruhu bu il ilk dəfə rahatlıq taparaq. Onun ruhu yenidən haqqın dərgahına qayıtdı. Çünki Azərbaycan ordusu Natavanın doğma şəhərlərini 44 günlük Vətən Müharibəsi ilə ermənilərin murdar tapdağından azad etdi.

1992-ci il  8-9 mayda,  Ermənilər İlk olaraq Şuşa şəhərini işğal edəndə Xan qızı Natəvanın abidəsini  güllə ilə deşik-deşik edib,  dəmir tullantısı kimi Gürcüstana satmışdılar. Bundan xəbər tutan ümummilli lider Heydər Əliyev Xan qızının abidəsi ilə yanaşı Bülbülün və Üzeyir Hacıbəyovun da abidəsini pulla alaraq Gürcüstandan Bakıya gətirdib. Şuşa əsarətdən qurtulduqdan sonra  Ali Baş komandanın tapşırığı ilə Şuşadan güllələnib çıxarılan abidələr yenidən öz vətəninə, doğma şəhərinə qayıtdı.

Həmin illərdə ermənilər təkcə heykəlləri daşıyıb satmırdı, onlar Şuşada olan muzeylərdəki eksponatları da qarət edərək, müxtəlif ölkələrə daşıyırdı. Xan qızının da ev muzeyi qarət olunduqdan sonra tamamilə dağıdılıb.

 Xurşidbanu Nətavanın Ağdam şəhərində olan məzarı da ermənilər tərəfindən tamamilə dağıdılıb.

İllərdir, Azərbaycan xalqının maddi mənəvi irsini, dini və tarixi abidələrini, yeraltı və yerüstü sərvətini talan edib məhv etməyə çalışan ermənilər sonunda törətdikləri cinayətlərin hesabatını verdi.  44 Günlük Vətən müharibəsi təkcə itirilmiş torpaqların geri qaytarılması demək deyildi. Həm də, Azərbaycan xalqının mənəvi dəyərlərinə  yenidən sahib çıxması idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR