İmtahandan qayıdan tələbə qəzaya düşdü

# 13:42
25 may 2022

Qaxda baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb.

 

APA TV-nin məlumatına görə, hadisə mayın 25-i gecə saat 01 radələrində Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Ləkit kəndi ərazisindən keçən hissəsində baş verib. 

 

Bakıdan Zaqatala istiqamətində hərəkət edən "Vito" markalı sərnişin daşıyan avtomobil qəzaya düşüb. Qəza zamanı avtomobilin sürücüsü yüngül xəsarət alsa da, maşında olan sərnişin Zaqatala rayonu Yuxarı Tala kənd sakini 2001-ci il təvəllüdlü Safiya Aydın qızı Şabanlı aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Safiyə Şabanlıya Qax RMX-da ilkin yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona ağır kəllə-beyin travması diaqnozu qoyulub. Xəstənin vəziyyəti ağır qiymətləndirilir. Safiyə Şabanılının vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirməsi üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi qərara alınıb.

 

Qeyd edək ki, qəzada xəsarət alan Safiyə Şabanlı tələbədir. O, imtahandan qayıdırmış.

 

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR