İran Azərbaycanın müstəqilliyini niyə tanımır? - Güneyli siyasi fəaldan ŞOK AÇIQLAMA

# 18:45
5 dekabr 2022

“Bizim Urmu gölümüzü bilərəkdən qurudublar”.

 

Bunu APA TV-yə açıqlamasında İsveçdə yaşayan Güney Azərbaycanlı siyasi fəal Səttar Sevgin deyib. O əlavə edib ki, İranda Şah zamanından Azərbaycan türklərinə qarşı assimilyasiya siyasəti aparılır və birinci işləri Azərbaycan dilini qadağan etmək olub: “Mən özüm müəllim olmuşam. Fars dilini məktəblərdə məcburi öyrətməyə çalışıblar.  Amma 40 milyon olduğumuz üçün bu mümkün olmayıb. Çünki, indiki kimi texniki imkanlar olmayıb. Bizim dilimiz, ədəbiyyatımız Quzey Azərbaycanda qorunub. Biz dilimizi evdə qoruyub saxlamışıq. Güneylilər fars bölgələrinə iş axtarmaq üçün getməyə məcbur edilib. İşsizliyin çoxaldılması üçün bilərəkdən Güney Azərbaycandakı yeraltı sərvətlər fars bölgələrinə köçürülüb. Təbii olaraq türklər də fars bölgələrinə köçürlər. Bu siyasi addım da  türkləri farslaşdırmaq addımıdır. Tehran rejiminin gözü Quzey Azərbaycanın müstəqil olmasını  götürmür. Biz İranın demokratik, sekulyar ölkə olmasını istərdik. Hər zaman dini dövlətdən ayırmaq istərdik. Onlar isə din adı ilə gəldilər, nə işləri gördülər? Artıq biz öz sözümüzü demək istəyirik. Əgər İran bizim milli haqlarımızı verəcəksə, hazırıq danışıqlara getməyə. Amma təəssüf ki, indiyədək bu olmayıb. Qarabağın işğaldan azad olunmasından sonra Arazın sahilində təlimlər etdilər. Onlar Azərbaycan dövlətinin adını belə dillərinə gətirmirlər. Onlar “Bakı Respublikası” deyirlər. Oradakı soydaşlarımız çox ağır durumdadılar. Nə mutlu ki, Quzey Azərbaycanımız var”.

 

Ölkə başçısı Prezident İlham Əliyevin son çıxışlarından danışan siyasi fəal vurğulayıb ki, bu çıxışlar güneylilər tərəfindən qürurla qarşılanıb. Səttar Sevgin onu da əlavə edib ki, güneylilər inanır ki, Quzey Azərbaycan onlara sahib çıxacaq.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR