İranda azərbaycanlı tələbə və fəal həbs edildi

# 17:41
4 oktyabr 2022

Cənubi azərbaycanlı fəal, Tehranın “Əllamə Təbatəbayi” Universitetinin jurnalistika fakültəsinin tələbəsi Melika Qaragözlü Zəngan şəhərində həbs edilib.

 

APA TV "MOUZE" telegram kanalına istinadla xəbər verir ki, Məlika Qaragözlü məcburi hicaba etiraz olaraq yaylığını başından açıb yerə atdığı videonu paylaşdıqdan sonra İran rejiminin məmurları tərəfindən saxlanılıb.

 

azərbaycanlı fəalın vəkili Məhəmmədəli Kamfiruzi sosial şəbəkələrdə müvəkkilinin oktyabrın 1-də İranın təhlükəsizlik orqanları tərəfindən saxlanıldığı barədə məlumat paylaşıb.

 

“Məlika Qaragözlü oktyabrın 1-i gecə saatlarında 10 kişi və 1 qadın məmurun evinə hücum etməsi, qapısının sındırılması nəticəsində yaxalanıb. Fəal anası ilə qısa telefon danışığında Tehranın Evin zindanına salındığını bildirib”,- deyə Kamfiruzi yazıb.

 

Bundan başqa, gənc yazıçı Ramin Behzad da Təbrizdə saxlanılıb. Təbrizdə yaşayan gənc yazar və incəsənət ustası Ramin Behzad İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum yerə aparılıb. Onun nədə ittiham olunduğu və harada saxlanıldığı barədə hələlik məlumat əldə etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR