İranda Əfqanıstan vətəndaşı 10 nəfəri öldürüb

# 04:25
8 avqust 2022

 

İranın Rəfsəncan şəhərində Əfqanıstan vətəndaşı bıçaq və xəncərlə 10 nəfəri öldürüb. APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə Rəfsəncan qubernatoru Hüseyn Rezai deyib. Hadisə Rəfsəncanın Behraman Nuq bölgəsində yerləşən əkin sahəsində baş verib. Hücum zamanı 6 İran və 4 Əfqanıstan vətəndaşı həlak olub, bir neçə nəfər yaralanıb. Qubernatorun sözlərinə görə, hadisəni törədən şəxs artıq həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR