İranda nələr olur? - Yeni əmr: “Kim evdən çıxarsa, dərhal vurun!” - APA TV

# 17:29
28 sentyabr 2022

İranda xalq üsyanı davam edir.

APA TV “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, Kərəc şəhərinin Məlard qəsəbəsində baş tutan kütləvi etirazları dağıdan xüsusi təyinatlı qüvvələrin komandanı insanları vahiməyə salmaq üçün küçələri gəzərək səsgücləndirici ilə snayperlərə ciddi göstəriş verib: “Kim evdən çölə çıxarsa, dərhal vurun!”

İrandakı sosial şəbəkə fəalları iddia edirlər ki, hökumət etirazları yatırmaq üçün İraqdan və Livandan "Həşdi-Şəəbi", "Hizbullah" və Tehrana bağlı digər hərbi ünsürləri ölkəyə gətirib.

Həmçinin axşam saatlarında Kürdüstan əyalətinin Mərivan şəhərində parlamentin hökumətə bağlı üzvü Şiva Qasemipurun ofisi etirazçılar tərəfindən yandırılıb. Bununla yanaşı, ölkədəki valilik, yol polisi və bank binasına da etirazçılar tərəfindən od vurulub.

İranda bu gün də “qadın, həyat, azadlıq” şüarı ilə xalq nümayişləri davam edir.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR