İranın Naxçıvanla sərhəddə yığdığı silahlı texnikanın yeri bilindi
İran ordusunun Naxçıvanla sərhəddə yerləşən Poldəşt şəhəri istiqamətində cəmləşdirdiyi canlı qüvvə və silah-sursatın yeri müəyyən olunub.
Bununla bağlı görüntüləri "Azad İran" Teleqram kanalı yayıb.
Qeyd edək ki, əraziyə 300-ə yaxın tank və xeyli canlı qüvvə cəlb edilib.
SEPAH-a yaxın Teleqram kanalının məlumatına görə, İran ordusu Naxçıvanla dövlət sərhədi yaxınlığında hərbi təlimlər keçirməyə hazırlaşır.