İrəvan hələ də götürdüyü öhdəliyi tam yerinə yetirməyib - Volkan Bozkır

# 17:38
7 iyun 2023

“Ermənistan hələ də Azərbaycana beynəlxalq təşkilatlar vasitəsilə təzyiq etməyə çalışır. Bu, düzgün deyil”. Bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" mövzusunda proqramda BMT Baş Assambleyasının 75-ci Prezidenti Volkan Bozkır deyib. O bildirib ki, müharibədən sonra imzalanmış razılaşmaya görə, İrəvan hələ də götürdüyü öhdəliyi tam yerinə yetirməyib: “Ermənistan Naxçıvanla əlaqələrin qurulmasına, xüsusilə Zəngəzur dəhlizinin açılmasına mane olur. Düşünürəm ki, bu, diplomatiya deyil. Təcrübəmə əsasən, deyə bilərəm ki, yaranmış problemlərin həlli istiqamətində təşəbbüslər göstərilməlidir. Çətinliklər aradan qaldırılmalıdır. Azərbaycan bu gün güclü ölkədir, beynəlxalq nüfuzu var. Qarabağda bərpa hazırda tam sürətlə davam edir”. Füzulidə dağılmış evləri gördüklərini deyən Volkan Bozkır bu ərazilərin yenidən bərpa edilməsinin vacibliyini diqqətə çatdırıb: “Bölgədə böyük quruculuq işləri gedir. Burada Türkiyə şirkətləri də işləməkdədir. Türkiyə hər zaman Azərbaycanın yanında olub. Bəzi layihələrdə öz dəstəyini göstərir. Hər zaman da bu davam edəcək. Forum haqda isə onu deyə bilərəm ki, bu, Azərbaycan diplomatiyasının uğurudur və bu forumun Azərbaycan xalqının gələcək siyasətində də önəmli rolu olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR