İrəvanda polis ölən əsgərin anasını yerlə sürüdü

# 14:19
21 sentyabr 2022

Bu gün Ermənistanın paytaxtı İrəvanda “Yerablur” hərbi məzarlığında ölən hərbçilərin valideynləri və yaxınları ilə polis arasında qarşıdurma yaşanıb.

 

APA TV “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onlar polisin ölən əsgərlərin yaxınlarını zor gücünə məzarlıqdan çıxarmasına etiraz ediblər.

 

İtkin düşmüş əsgər Arayik Bağdasaryanın anası ona qarşı kobudluq olduğunu belə ifadə edib. “Məni sürüyərək bura gətirirdilər ki, Nikol Paşinyan məzarlığa rahat getsin. Bu adamlardan belə hərəkətlər gözləniləndir”.

 

Övladı itkin düşmüş əsgər valideynlərindən biri də ona qarşı edilmiş kobud rəftar şikayətlənib və bildirib ki, bunların səbəbkarı baş nazirdir.

 

Daha sonra valideynlərdən biri Paşinyana və onun hakimiyyətində təmsil olunanlara növbəti dəfə hərbi məzarlığa girişinə icazə verməyəcəklərini deyib və Ermənistan bayrağı ilə bəzədilmiş çələngi məzarlıq qarşısından götürürərək kənara atıb.

 

İrəvan polisindən “Armenia Today”ə verilən məlumata görə, etiraz aksiyası zamanı 37 iştirakçı saxlanılıb.

 

Qeyd edək ki, ölən əsgərlərin valideynləri və yaxınları hərbi məzarlığa Paşinyanla danışmaq üçün gəldiyini bildirsələr də, polis onları ərazidən zor gücü ilə uzaqlaşdırıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR