İşğaldan azad edilmiş ərazilərə nə vaxt qaz veriləcək?

# 16:26
19 avqust 2022

 

“Meşə yanğınları nəticəsində “Azəriqaz” İstehsalat Birliyinə dəyən ziyan çox da böyük deyil”. APA TV xəbər verir ki, bunu "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev “Açıq qapı" aksiyası çərçivəsində keçirilən konfrans zamanı söyləyib. Onun sözlərinə görə, dəyən ziyanın tam həcmi təftiş və yoxlamalar aparılandan sonra müəyyən olunacaq: “Bizə dəymiş ziyanla bağlı araşdırma aparılıb. Hələ ki bu məsələ qeydə alınmayıb. Çünki tam hadisə başa çatdıqdan sonra, xətlər yenidən təftiş olunacaq, qazın açılışı olacaq və bu işlər bitdikdən sonra biz ictimaiyyətə “Azəriqaz” İstehsalat Birliyinə dəymiş ziyanla bağlı məlumat verəcəyik. Ancaq ilkin olaraq bildirim ki, cüzi ziyan dəyib”. Ruslan Əliyev onu da əlavə edib ki, yanğınlar nəticəsində hazırda ancaq Şabran rayonunun 9 kəndinə qazın verilişi dayandırılıb. Bu da təxminən 1 000 abonenti əhatə edir. "Azəriqaz" rəhbəri qaz itkilərindən də söz açıb. Onun sözlərinə görə, hazırda bu sahədə əsas problem texniki itkilərlə bağlıdır: “Keçən ilin 7 ayı ilə bu ilin 7 ayını götürdükdə 85 milyon azalma, faizlə götürdükdə isə 2,5 faiz itki azalması baş vermişdir. İtkilər ən çox texniki itkilərdir. Sayğacda yaranan problemlə bağlı onların dayanıqlığının az olması ilə bağlı, şəbəkədə dayanıqlıq az olduqda təzyiqin aşağı və yuxarı olması nəticəsində həmin sayğaclarda da dəqiq aparılmaya bilər. Və buda sonda “Azəriqaz”ın itkilərinə gətirib çıxara bilər. Ruslan Əliyev onu da qeyd edib ki, “Azəriqaz”ın əsas hədəfi ilin sonuna qədər bu itkiləri minimuma endirməkdir. Daha sonra Baş direktor işğaldan azad olunmuş ərazilərdə qazlaşdırma işlərinin nə vaxt aparılacağından da danışıb. O bildirib ki, hazırda layihələndirmə işləri aparılır. Layihələndirmə bitdikdən sonra qazlaşdırma işlərinə start veriləcək.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR