İsrailli nazir səfirliyə görə Prezident İlham Əliyevə təşəkkür etdi
“Tel-Əvivdə Azərbaycan səfirliyinin açılması münasibətlərin dərinləşməsinə töhfə verəcək və Azərbaycan Prezidentinə İsraildə səfirliyin açılması qərarına görə təşəkkür edirəm”.
Bunu İsrail xarici işlər naziri Eli Kohen azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra mətbuata birgə bəyanatla çıxışı zamanı bildirib.
“Azərbaycan səfiri bir neçə gün öncə etimadnaməsini Prezident Hersoqa təqdim etdi və artıq rəsmi şəkildə fəaliyyətə başladı. Mən əminəm ki, səfirliyin açılması qərarı iki ölkənin hökumətləri və xalqları arasında münasibətlərin dərinləşməsinə töhfə verəcək”
İsrail xarici işlər naziri Eli Kohen azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra mətbuata birgə bəyanatla çıxışı zamanı İranın regionda təhdid olduğunu və İsrailin bu təhdidi Azərbaycanla bölüşdüyünü bildirib. Eli Kohen İsraildə Azərbaycan səfirliyinin açılması qərarını iki ölkə arasında strateji münasibətlərin dərinliyini göstəricisi olduğunu
da bildirib.
DİGƏR XƏBƏRLƏR

Üfüqlərə qapılar müstəqillikdən açılır - APA TV

Moskvada 28 May-Azərbaycanın Müstəqillik Günü münasibəti ilə təntənəli qəbul keçirilib

İrəvan Zəngəzura diversant göndərməklə nə demək istəyir?
