İsti hava davam edəcək - SABAHIN HAVASI

# 15:53
13 avqust 2022

 

Avqustun 14-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında günəşli hava olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-28° isti, gündüz 34-37°, bəzi yerlərdə 39° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 40-50 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR