İstirahət günü hava necə olacaq? - PROQNOZ
Noyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə APA TV-yə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 19-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.
DİGƏR XƏBƏRLƏR

Erməni mediası Qarabağdakı separatçıların rəhbərlərinin Moskvaya dəvət edildiyini yazır

Zəlzələnin fəsadı:Türkiyə Suriyaya doğru sürüşüb

Lənkəranda kənd məktəbinin şagirdlərinin sayı hər ötən gün azalır
