İTV-yə baş direktor seçildi: SƏSVERMƏNİN NƏTİCƏLƏRİ AÇIQLANDI

# 13:42
24 may 2022

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının iclası keçirilib.

 

Audiovizual Şuranın inzibati binasında keçirilən İclasda İTV-nin yeni baş direktoru seçilib.

 

Gizli səsvermə zamanı namizədlərin təklifləri dinlənilib.

 

Yayım Şurasının 9 üzvü gizli səsvermədə iştirak edib və onlardan hamısı Balakişi Qasımovun lehinə səs verib.

 

Balakişi Qasımov jurnalistlərə açıqlamasında təəssüratlarını bölüşüb və bundan sonrakı hədəfləri açıqlayıb.

 

Qeyd edək ki, İTV-nin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bir müddət əvvəl bu vəzifəyə seçki elan edilib və 8 nəfər iddiaçı – Nəsirov Rəşad Barat oğlu, Məmmədzadə Tural Sahib oğlu, Həsənov Anar Bəybala oğlu, Abbasova Təranə Süleyman qızı, Qasımov Balakişi Ələkbər oğlu, Əliyev Ədalət İsaxan oğlu, Əlizadə Üzeyir Əli oğlu və Nağıyev Anar Əlişah oğlu sənədlərini təqdim edib.

 

Nərmin Murad,

Fariz Quliyev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR