Jurnalist Zemfira Süleymanova Donetskdə öldü
“Donetsk Xalq Respublikası”nda rusiyalı jurnalist Zemfira Süleymanova minanın partlaması nəticəsində ölüb. APA TV Rusiya mediasına istinadla bildirir ki, bu barədə hərbi müxbir Semyon Peqov öz “Telegram” kanalında məlumat verib. “Hərbi müxbir kimi yeni fəaliyyətə başlayan Zemfira Süleymanova, Eduard Limonovun “E.V. Limonovun Fərqli Rusiya” partiyasının fəalı (ölkədə qadağan olunmuş Milli Bolşevik Partiyasının üzvləri tərəfindən yaradılıb – red.) Donbasa bu yaxınlarda gəlib. Əsl hərbi journalist olmaq üçün humanitar yardımla məşğul olurdu”, - Pegov yazıb. O, mərhum jurnalistin “çox gənc olduğunu” da qeyd edib. “E.V. Limonovun Fərqli Rusiya” partiyasının koordinatoru Mixail Aksel bildirib ki, Süleymanova jurnalist səfəri zamanı minaya düşüb. Onun sözlərinə görə, Süleymanova ağır yaralanaraq həlak olub.
DİGƏR XƏBƏRLƏR

Ömrünün 14 ilini hərbiyə həsr edən döyüşçünün son sözləri: “təki vətən sağ olsun”

Şəhid hərbi qulluqçu Elmin Qarayev

Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev arasında maraqlı dialoq
