Keçmiş məhkum həmkəndliləri tərəfindən döyüldü

# 14:44
18 avqust 2022

 

Zaqatalada keçmiş məhkum həmkəndliləri tərəfindən döyülüb. APA TV-nin məlumatına görə, bu gecə saat 04 radələrində rayonun Çobankol kənd sakini, 1994-cü il təvəllüdlü Ramazan Tahir oğlu Bədəlov bədənin müxtəlif nahiyələrinin küt travması xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Cərrahiyyə şöbəsinə yerləşdirilən Ramazan Bədəlovun həmkəndliləri tərəfindən döyüldüyü məlum olub. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Saxlanılan Ramazan Bədəlov 6 ay əvvəl həbsdən çıxıb. O, 2020-ci ilin iyul ayında həmkəndlisi Fariz Kərimovla əlbir olaraq başqa bir həmkəndlisinin evindən oğruluq edib və iz itirmək üçün həmin evi yandırıb. Fariz Kərimov isə hələ həbsdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR