Kəlbəcər və Laçında yerləşən mövqelərimiz atəşə tutulub
İyulun 30-u günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.
APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, bölmələrimiz tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
DİGƏR XƏBƏRLƏR

Əhmədlidə 8 qumbara tapıldı

Türkiyədən İrandakı səfirliyimizə hücuma ilk reaksiya

Bərdə sakinin üzərindən “Naqan” çıxdı
