Kimlərin kirayə pulunu hökumət ödəyəcək?

# 18:51
7 yanvar 2023

Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Himalay Məmişovun 2022-ci ilin yekunlarına dair mətbuat konfransındakı bu çıxışı kirayədə qalan insanlar üçün şad xəbər idi. Amma qaynar xəttimizə də gələn ardı-arası kəsilməyən zənglərdən bəlli olur ki, heç bir vətəndaş bu yardımdan yararlanayb. Və ya yararlananların sayı azlıq təşkil edir. Maraqlıdır məlum qanun qüvvədədirsə, niyə  bununla bağlı vətəndaşlar məlumatlandırılmır? Ümumiyyətlə, bu günə qədər kirayə qalanlardan bu məbləği alan olubmu? Suallarımızın qarşılığında Fonddan “sədr artıq açıqlama verib, biz başqa heç nə deyə  bilmərik” cavabını aldıq.

Ekspertlər də düşünürlər ki, məsələ ictimailəşsə sosial vəziyyəti ürəkaçan olmayan, kirayədə  yaşayan vətəndaşlar bundan vaxtında faydalana bilər.

Qeyd edək ki, dövlətin bu imtiyazılarından faydalanmaq istəyən şəxslər Dövlət Sosial Müdafiə Fonduna müraciət etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR