Kişi arvadını baltaladı

# 15:53
6 dekabr 2022

Gədəbəydə qətl hadisəsi baş verib.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Gədəbəy rayonunun Şəkərbəy kəndi ərazisində 32 yaşlı Könül Abdullayevanın öldürülməsi barədə ilkin məlumat daxil olub.

 

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 32 yaşlı Elməddin Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək Könül Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Hazırda prokurorluq və polis əməkdaşları hadisə yerinin müayinəsini aparırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR