Köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi

# 11:57
8 fevral 2022

Fövqəladə Hallar Nazirliyi ötən gün baş verən hadisələrlə bağlı məlumat yayıb.

 

APA TV FHN-in saytına istinadən xəbər verir ki, Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 63 yanğına çıxış, 2 nəqliyyat qəzası və 5 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində ümumilikdə 7 nəfər, o cümlədən Suraxanı rayonunda minik avtomobili və sərnişin avtobusunun toqquşması nəticəsində deformasiyaya uğrayan minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücü və 1 nəfər sərnişin xilas edilib.

 

Həmçinin, Nizami rayonunda bağlı qapı arxasında aşkar olunan 65 yaşlı Yusif

Həşimovun və Tovuz rayonunda qəza nəticəsində maşında sıxılı vəziyyətdə qalan 26 yaşlı Sərxan Alıyevin meyitləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR