Koronavirusa yoluxanların və ölənlərin sayı azaldı - STATİSTİKA

# 16:53
7 may 2021

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 722 yeni yoluxma faktı qeydə alınıb, 1854 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib, aktiv xəstə sayı 17 897 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 686, ötən müddət ərzində isə ümumilikdə 3 311 267 test aparılıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR