Koronavirusdan ölənlərin sayı azaldı - STATİSTİKA

# 16:53
16 may 2021

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 472 yeni yoluxma faktı qeydə alınıb, 1 122 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 329 843 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 314 900 nəfər müalicə olunaraq sağalıb, 4 779 nəfər vəfat edib, aktiv xəstə sayı 10 164 nəfərdir.

 

Ölkədə son sutka ərzində 8 374, hazırkı dövrədək isə 3 384 053 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR